Gələcəyin ən nüfuzlu adamlarının adları açıqlandı

  • 15 Noyabr 2019

"Time" jurnalı dünyanı dəyişəcək yenilikçi, lider və sənət adamlarının reytinqini hazırlayıb.

Chip.az olaylar.az-a istinadən bildirir ki, reytinqdə, "Sənətçilər" , "Müdafiəçilər", "Yenilikçilər", "Liderlər" və "Fenomenlər" olmaqla 5 kateqoriya yer alıb.

Siyahıda 19 gənc iş adamı var. Onlar arasında qadınlar üçün olan The Wing kovorkinqinin qurucusu Odri Gelman, Coinbase kriptovalyuta birjasının rəhbəri Brayan Armstronq, Flatiron Health şirkətinin qurucuları Net Terner və Zak Vaynberq də var.

Reytinqin ən gənc iştirakçısı 14 yaşlı fiqurist Alisa Lyu-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır