Gürcüstan ilk külək elektrik stansiyasını satıb

  • 15 Noyabr 2019

Gürcüstanın ilk külək elektrik stansiyası olan “Kartli” hərracda 14,4 mln. ABŞ dollarına satılıb.

Chip.az APA-ya istinadən xəbər verir ki, satınalmanı “JSC Georgian Capital” sərmayə qrupuna məxsus olan “Georgian Wind Company” həyata keçirib. Gürcüstan Enerji İnkişaf Fondu və Gürcüstan Neft və Qaz Korporasiyasının elan etdiyi ictimai hərracda ilkin qiymət 14,12 mln. dollar olub.

Qeyd edək ki, 2016-cı ilin dekabrında tamamlanan “Kartli” KES 20,1 MVt gücündədir. Onun illik istehsal gücünün 84,1 mln. kV-s olduğu bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər