YouTube artıq uşaqlar üçün olan videoları qeydə almağı tələb edir

  • 15 Noyabr 2019

“YouTube” administrasiyası ABŞ-ın Federal ticarət komissiyasının bu yaxınlarda platformada uşaqların gizlilik hüquqlarının pozulmasına görə tətbiq etdiyi cəriməyə münasibət bildirib. Artıq xidmətdə müəlliflər üçün yeni qaydalar tətbiq ediləcək. Belə ki, müəlliflər videolarnın uşaqlar üçün nəzərdə tutulub-tutulmadığını qabaqcadan göstərməlidirlər. Bunun üçün YouTube-da xüsusi quraşdırma yaradılıb.

Yeni qayda uşaqların internetdə gizlilik hüquqlarının qorunması ilə bağlı ABŞ qanununun tələblərinə cavab verməlidir. Bu qayda ilə, uşaqlar üçün video hazırlayanlar quraşdırmada bütün çarxlar üçün müvafiq kateqoriyanı qeyd etməlidirlər.

2020-ci ilin yanvarından YouTube uşaqlar üçün nəzərdə tutulmuş məzmunlar barədə məlumatların toplanmasına məhdudiyyət qoyacaq. Uşaqlar üçün olan çarxlarda fərdi reklamlar olmayacaq və həmçinin, rəylərlə bildirişlər kimi bəzi funksiyalar da işləməyəcək. Uşaqlar üçün olan materialların axtarışı üçün də xidmət xüsusi alqoritmlərdən istifadə edəcək.

Əgər müəllif özü məzmunun kateqoriyasını göstərməsə və ya xidmət yalnışlıqlar aşkarlasa auditoriya kateqoriyası avtomatik müəyyən ediləcək. Bundan başqa, çarxların silinməsi və ya qeydiyyatın blok edilməsi kimi müəyyən hüquqi tədbirlər də görülə bilər.

Bizplus.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır