Bakıda yeni simsiz rabitə şəbəkəsi yaradılıb

  • 15 Noyabr 2019

Bakıda əşyaların internetini ("Internet of things" – IoT) birləşdirəcək simsiz rabitə şəbəkəsi yaradılıb.

Chip.az bildirir ki, bunu "Sumaks" şirkətinin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində bir sıra fərqli cihaz şəbəkəyə qoşulub və sınaqdan keçirilib.  

Qeyd edək ki, layihə dövlət qurumu tərəfindən həyata keçirilir və ilkin məlumata əsasən, onun təqdimatı cari ilin dekabr ayında gözlənilir.

LoRaWAN texnologiyasının əsas funksiyası ətrafda olan IoT cihazları arasında məlumat mübadiləsinin yaradılmasıdır. Şəbəkəni yaratmaq üçün olduqca az xərc tələb olunur. Məsələn, bir LoRaWAN baza stansiyasının quraşdırılması orta hesabla 300 ABŞ dollarına başa gəlir. 1 000 cihaz arasında məlumat mübadiləsi üçün isə baza stansiyasının minimal internet tarif planına qoşulması kifayət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər