Wikimedia-nın həmtəsisçisi Facebook və Twitter-ə rəqib sosial şəbəkə yaradıb

  • 15 Noyabr 2019

"Wikimedia"nın həmtəsisçisi Cimmi Ueyls "Facebook" və "Twitter"ə rəqib yeni sosial şəbəkə yaradıb.

Chip.az "Report" a istinadən xəbər verir ki, Ueylsin açıqlamasına görə, "WT: Social" reklamlardan azad lacaq. Layihə "Wikimedia"nın biznes-modelini təkrarlayaraq istifadəçilərin kiçik qrupunun ianələri hesabına işləyir.

Yeni sosial şəbəkə istifadəçilərə məqalələrin istinadlarını mübadilə və xəbər xəttində onları müzakirə etmək imkanı verir.

Hazırda yeni sosial şəbəkədən 50 min insan istifadə edir. Ancaq Ueyls bildirib ki, onun hədəfi istifadəçilərin sayını 500 milyona çatdırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər