Bakı metrosunda mobil rabitə xidmətləri nöqtələri fəaliyyət göstərəcək

  • 14 Noyabr 2019

Bakı metropolitenin ərazisində “Bakcell” mobil rabitə operatorunun xüsusi satış nöqtələri fəaliyyət göstərəcək.

Chip.az “APA-Economics”ə istinadən xəbər verir ki, şirkətdən bildirilib ki, gələcəkdə bu nöqtələr vasitəsilə ilə abunəçilərə operatorun göstərdiyi digər müxtəlif xidmətlər də təklif olunacaq.

Qeyd edək ki, hazırda “Bakcell”in satış nöqtəsi metronun “İçərişəhər” stansiyasının çıxışında qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər