Ölüm riskini müəyyən edən süni intellekt yaradıldı

  • 14 Noyabr 2019

ABŞ-da hazırlanan süni intellekt proqramı təxminən 400 min ürək xəstəsinin Elektrokardioqram və ya digər EKQ nəticələrinə əsasən, bir il ərzində bu xəstəliyin ölümlə nəticələnmə hallarını yüksək dəqiqliklə proqnozlaşdırıb.

Chip.az cebhe.info-ya istinadən xəbər verir ki, “New Scientist” jurnalının araşdırmasına görə, doktor Brandon Fornvalt bir qrup həmkarı ilə birlikdə 1 milyon 770 min EKQ-ni süni zəka proqramına yükləyib.

Bir il ərzində xəstələrin həyatını itirib-itirməyəcəyini proqnozlaşdıran proqram, kardioloqlardan daha yaxşı nəticə əldə edib. Proqnozları 85 faiz dəqiq olaraq qiymətləndirilən süni intelekt, hətta kardioloqların EKQ nəticələrinə əsaslanaraq, sağlam olduqlarını düşündüyü xəstələr üçün də ölüm riskini dəqiq hesablayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır