Tesla ABŞ xaricindəki ikinci zavodunu Almaniyada quracaq

  • 14 Noyabr 2019

Elektromobil istehsalçısı "Tesla"nın rəhbəri Elon Musk, şirkətin ABŞ xaricindəki ikinci zavodunun Almaniyanın paytaxtı Berlin yaxınlığında qurulacağını açıqlayıb.

Chip.az "Marja"-ya istinadən xəbər verir ki, zavoda "Gigafactory 4" adı verilib.

Zavodda batareya, ehtiyat hissələri və avtomobil istehsalı ediləcək və çıxarılacaq ilk avtomobilin "Model Y" olacağı açıqlanıb.

"Tesla"nın ABŞ-da iki zavodu var. ABŞ xaricindəki ilk zavodun keçən il Çində tikilməsinə qərar verilib. Berlindəki zavodun 2021-də istehsala başlayacağı gözlənilir. Zavodun 10 min adama məşğulluq təmin edəcəyi də hesablanır.

Şirkətin Model 3 modelinin qiymətləri Almaniyada 44 min avrodan başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır