Portuqaliyalı tədqiqatçılar Marsa simulyasiya missiyasında iştirak edəcəklər

  • 14 Noyabr 2019

Portuqaliya Ali Texniki İnstitutunun (IST) tədqiqatçıları Negev səhrasında (İsrail) insanın və robotun Marsa missiyasının modelləşdirilməsi üçün robotlaşdırılmış qurğuların işlənib hazırlanmasında iştirak edəcəklər. Marsda həyatın simulyasiyası üzrə eksperiment 2020-ci ilin oktyabr-noyabr aylarına nəzərdə tutulub.

Chip.az AZƏRTAC-a istinadənb xəbər verir ki, portuqaliyalı alimlərin işləyib hazırlayacaqları qurğular bazada oturmuş astronavtı görməyən robot tərəfindən planetin tədqiqinin səmərəliliyinin artırılmasına və avadanlığı sıradan çıxaran qəzaların qarşısının alınmasına yönəldilib.

IST tədqiqat qrupunun əlaqələndiricisi Rodriqo Venturanın sözlərinə görə, 2020-ci il oktyabrın 15-dən noyabrın 15-dək olan dövrdə bir qrup adam kosmonavt rolu oynayacaq və Marsdakı ətraf mühitin imitasiyası yaradılan Negev səhrasındakı bazada olacaq. Buradan Avstriyanın İnsburk şəhərindəki İdarəetmə Mərkəzi ilə əlaqə saxlanılacaq.

IST komandası Avstriyanın Qrats Universiteti ilə əməkdaşlıq edəcək. Robotu bu universitetin mütəxəssisləri quraşdıracaq.

Mars planetində ekspedisiyanın olması imitasiyası Avstriya kosmik forumunun – “AMADEE” tədqiqat proqramında iştirak edən Aerokosmik Mütəxəssislər Birliyinin flaqman layihəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər