Azərbaycanda blockchain əsaslı identifikasiya sistemi yaradılıb

  • 13 Noyabr 2019

Azərbaycanda blockchain əsaslı rəqəmsal identifikasiya sistemi 2020-ci ilin 1-ci rübündə istifadəyə veriləcək. Bunu Mərkəzi Bankın informasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, yeni sistem kredit təşkilatlarına ötürülən fərdi məlumatların təhlükəsizlik səviyyəsini yüksəldəcək və əksər əməliyyatları uzaqdan həyata keçirilməsinə imkan yaradacaqdır. İlkin mərhələdə hüquqi və fiziki şəxslərə hesabların açılmasını uzaqdan həyata keçirilməsi planlaşdırılır. Bundan sonra digər bank xidmətləri də həyata keçiriləcək. Son mərhələdə isə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə yönəlmiş vəsaitlərin monitorinqinin avtomatlaşdırılması planlaşdırılır. Rəqəmsal identifikasiya sisteminin inteqrasiyasının birbaşa nəticəsi Mərkəzi Bankın “açıq bankçılığa” keçməsi olacaq.

005171-e1573072200221.jpg

     Xatırladım ki, Mərkəzi Bank 2018-ci ilin sentyabr ayında “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı IBM East Europe/Asia Ltd şirkəti ilə müqavilə bağlayıb.

kriptoinvest.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır