Kriptovalyuta birjalarında ziyarət trafiki azalıb

  • 13 Noyabr 2019

 

The Block analitiki Larry Cermak 2019-cu ilin aprel-oktyabr aylarında 37 kriptovalyuta birjası üzrə apardığı araşdırma nəticəsində məlum olub ki, may ayından etibarən ticarət platformalarında istifadəçilərin ziyarət trafiki 37% azalıb. Larry Cermak öz hesabatında qeyd edib ki, trafikin azalmasına əsas səbəb pərakəndə investorların kriptovalyutalara olan marağının azalmasıdır. May-iyun aylarında birjalar üzrə trafik 150 milyondan çox idisə, sentyabr ayında bu 103.6 milyon təşkil edib.

   Kriptovalyuta birjalarında ziyarət sayının azalması bu platformalarda ticarət həcminin azalması ilə müşayiət olunub. Ticarət dövriyyəsinə görə ilk üç yeri Coinbase, Binance və BitMEX birjaları tutub.

birja.png

Kriptoinvest.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər