Bakıda ilk dəfə Robopark təşkil olunacaq

  • 13 Noyabr 2019

Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“Bakutel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq.

Chip.az bildirir ki, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robot pianoçu yer alıb. Həmçinin “Robopark”da müxtəlif sumo, güləş və dron yarışları, kosmo-zona və 20-dən çox digər interaktiv zonalar təşkil olunacaq.

Qeyd edə ki, sərgi 3-6 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır