Çin şirkəti tanınmış otel şəbəkəsini alır

  • 12 Noyabr 2019

Çinin "Huazhu Group" şirkəti, Almaniyanın ən tanınmış otel şəbəkələrindən biri olan "Steigenberger" otellərini satın alır.

Chip.az "Marja"-ya istinadən xəbər verir ki, hal-hazırda bazar dəyəri baxımından dünyanın beşinci böyük otel qrupu olan "Huazhu", "Steigenberger" üçün "Deutsche Hospitality" şirkətinə 700 milyon avro ödəyəcək.

Səhmləri Çin və Nyu-York birjalarında ticarət olunan "Huazhu", françayzinq modeli ilə və kirayə əmlak götürərək hər il 1000 otel açır.

Hal-hazırda şirkətin 5 mindən çox oteli var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır