Dinozavrlar qalaktikanın başqa yerində yaşayıblar - Alimlərdən YENİ AÇIQLAMA

  • 12 Noyabr 2019

NASA-nın alimi Cessi Kristiansen əmindir ki, dinozavrlar qalaktikamızın başqa bir hissəsində yaşayıblar.

Chip.az sonxeber.az-a istinadən xəbər verir ki, astrofizik bu barədə Tvitterdə yazıb.

O, bildirib ki, planetimiz təkcə Günəşin ətrafında dövr etmir, eyni zamanda Günəş sistemindəki digər planetlərlə birlikdə hərəkət edir. Qalaktikanın mərkəzindən 28 min işıq ili uzaqda yerləşən planetimiz kosmik məkanda 828 min km/saat sürətlə hərəkət edir.

Yer kürəsi qalaktikanın mərkəzi ətrafında yolu qət etmək üçün 230 milyon il hərəkət etməlidir. Astrofizin sözlərinə əsasən, bu, həddən artıq böyük zamandır.

Yuxarıdakı fikri nəzərə alaraq, əminliklə demək olar ki, milyonlarla il əvvəl yaşayan dinozavrlar qalaktikamızın başqa hissəsində yaşayıblar. Dinozavrlar məhv olandan sonra isə Günəş sistemimiz orbitindəki yolun dörddə üç hissəsini qət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır