Elon Musk: Marsda yerləşmək üçün 1000 kosmik gəmi lazımdır

  • 09 Noyabr 2019

Marsın müstəmləkəyə çevrilməsi üçün 1000-ə yaxın “Starşip” kosmik gəmisinə ehtiyac duyulacaq.

Chip.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində “SpeysX”in rəhbəri İlon Mask paylaşıb. O bu qədər gəminin Marsda məskunlaşma yaratmaq üçün gərəkli olduğunu deyib.

Mask Marsa milyon tondan çox resurs və qurğunun göndəriləcəyini söyləyib. Belə ki, Marsa hər raket buraxılışının “SpeysX”ə 2 milyon dollara başa gələcəyi və yüklərin daşınmasının təxminən 20 il vaxt aparacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır