ABŞ alimləri suda batmayan metal yaradıblar

  • 09 Noyabr 2019

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York ştatındakı Roçestersk universitetindən olan fiziklər komandası suda batmayan metal konstruksiyası yaradıb.

«BBC News»-in xəbər verdiyi kimi, uğurla sınaqdan keçirilmiş texnologiya ABŞ kimyaçılar cəmiyyətinin «Applied Materials and Interfaces» jurnalında dərc olunub.

Lazerin köməyi ilə metalın üzərinə «hörümçək toru»na oxşar mikro və nano «qravirovka» çəkilir. Belə «üzlük» suyu özündən kənar etmək xassəsinə malik olur. Həmin konstruksiyalar hətta suya «gömülsə» də batmır.

Bu texnologiyadan sərnişin və ticarət-yük gəmilərinin, həm də su altında işləyən qurğuların tikintisində istifadə etmək planlaşdırılır.

Chip.az

Polemink.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır