ABŞ yeni lazer silahı istehsal edəcək

  • 08 Noyabr 2019

ABŞ ordusu dronları, helikopterləri, sabit qanadlı təyyarələri və düşmən raketlərini 50 kilovattlıq “lazer atışı” ilə məhv etmək üçün lazer silahı hazırlamağı planlaşdırır.

Chip.az Ordu.az-a istinadən xəbər verir ki, "Stryker” zirehli texnikasına yerləşdiriləcək lazer silahı 2022-ci ilə qədər istismara verilə bilər.

Məlumata görə, “Northrop Grumman” və “Raytheon” şirkətləri ilə silahın hazırlanması üçün danışıqlara başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır