Bakı Metropoliteni 3 ildə 12 yeni qatar alacaq

  • 08 Noyabr 2019

Yaxın 3 il ərzində "Bakı Metropoliteni" QSC proporsional olaraq hər il 4 qatar alacaq.

Chip.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov  deyib

Onun sözlərinə görə, bu illər ərzində ömrünü başa vuran vaqonların istismardan çıxarılması ilə bağlıdır.

"Gələn ilin fevral ayında birinci qatar Bakıya gətiriləcək", - deyə Ə. Osmanov qeyd edib.

Qeyd edək ki, qatarlar Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-dən alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır