Nextsale-in həmtəsisçisi məhsulun Product Hunt-a necə çıxarılması haqqında danışacaq

  • 08 Noyabr 2019

Xəbər verdiyimiz kimi 21-26 noyabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “StartupFest 2019” adı altında startapları əhatə edən beynəlxalq festival təşkil olunacaq.

Festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq.

Tədbirin ilk günü 21 Noyabr tarixində baş tutacaq “Product Hunt Meetup” tədbirində “Nextsale”in həmtəsisçisi Taleh Kərimli çıxış edəcək. O, məhsulun Product Hunt-a necə çıxarılması haqqında danışacaq.

Qeyd edək ki, “Product hunt”- istifadəçilərin yeni məhsullarını paylaşmağa imkan verən bir veb saytdır. İstifadəçilər gündəlik olaraq texnologiya məhsulları (veb tətbiqləri, mobil tətbiqetmələr, hardware məhsulları və s.), oyunlar (PC, veb, mobil tətbiqetmələr), kitablar və podkastlar təqdim edirlər.

Techland.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır