İqlim dəyişikliyi ilə mübarizə aparan startap

  • 08 Noyabr 2019

Chip.az Bizplus.az-a istinadən xəbər verir ki, Air.Co startapı karbon qazını arağa çevirir. Bir araq butulkasında təxminən 500 qr. karbon qazı var.

Şirkət iki il araşdırmalarla məşğul olub. Araq – Air.Co-nun ilk məhsuludur, amma o, öz fəaliyyətini genişləndirməyi, həmçinin, parfümeriya və etanol tərkibli digər məhsullar istehsal etməyi düşünür.

Startapın məhsulu atmosferdə karbon qazı tullantısını azaldır. Air Co.-nun istehsal prosesi də ekolojidir: şirkətin kiçik ölçülü miniatür avadanlığı təbii qazla deyil, günəş enerjisi ilə işləyir və ofisin damında yerləşən batareyadan qidalanır.

Hələ ki, şirkət ancaq Nyu-Yorkda araq satır, amma yaxın gələcəkdə öz məhsulunu bütün ABŞ-da satmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır