Galaxy S11e modelinin batareya tutumu barədə məlumat açıqlandı

  • 08 Noyabr 2019

Samsung bir tərəfdən Galaxy S10 Lite-ni bazara daxil etməyə hazırlanarkən, eyni zamanda Galaxy S11 modeli üçün də üzərində işləyir. Samsung-un yeni flaqmanının təqdimatına təxminən üç ay müddət qalıb.

EB-BG980ABY model nömrəsinə sahib olan telefonun batareyası üçün sertifikat alınmışdır. Galaxy S10e SM-G970 kimi ortaya çıxıb. Buna istinadən, bu cihazın SM-G980 model nömrəsi ilə Galaxy S11e modeli olduğunu deyə bilərik.

Batareyanın keyfiyyəti olduqca aşağı olsa da, batareyanın 14.36 Wh olaraq qiymətləndirildiyini görürük. Bir batareyanın 3.85V-də işlədiyini nəzərə alsaq, 3730 mAh tutumlu bir batareyaya sahib olduğunu deyə bilərik.

Galaxy S10e 3100 mAh batareyası ilə təchiz olunmuşdur. Bəzi mənbələr qeyd edirlər ki, batareyanın həcminin artmasının əsas səbəbi 90 Hz displeyinin və 5G modemin səbəb olduğu enerji istehlakının balanslaşdırılmasıdır.

Techland.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır