Facebook yeni proqramla ABŞ seçkilərini qoruyacaq

  • 08 Noyabr 2019

Facebook şirkəti partiya və siyasətçilərin hesablarını haker hücumlarından qorumaq, həmçinin 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə hallarını aradan qaldırmaq üçün “Facebook Protekt” proqramını işə salıb.

Chip.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Facebook şirkətindən informasiya verilib.

Proqramın seçilmiş vəzifəli şəxslərin, namizədlərin, habelə onların işçilərinin və digər şəxslərin hesablarını haker hücumlarından qorumaq üçün nəzərdə tutulduğu bildirilir. Belə ki, şirkət hesablara hücumları yoxlamaq və ehtiyac olacağı halda müdaxilə etmək imkanlarına sahib olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər