Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

  • 08 Noyabr 2019

Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına xidmət edir, kiber riskləri azaldır, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır.

Chip.az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə noyabrın 7-də Bakıda keçirilən “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminarın açılışında deyib.

Nazir qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə də əhəmiyyətli dərəcədə təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır