ABŞ hərbi hava qüvvələri təlim raketi ilə bağlı hadisəyə görə Yaponiyanın şimalında uçuşları dayandıracaq

  • 07 Noyabr 2019

ABŞ hərbi hava qüvvələri Aomori prefekturasındakı Misava bazasında baş vermiş hadisəyə görə Yaponiyanın şimalında təlim uçuşlarını dayandıracaq.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə məlumat noyabrın 7-də ABŞ hərbi hava qüvvələrinin Yaponiyadakı komandanlığının “Twitter” səhifəsində yerləşdirilib.

“Misava aviabazasının olduğu rayonda müvafiq təlimlərin keçirilməsi dayandırılır”, - deyə məlumatda bildirilir. Bundan əlavə, ABŞ tərəfi qeyd edib ki, onlar təlimlər zamanı təhlükəsizliyin təmin olunmasına xüsusi diqqətlə yanaşırlar.

Bu ərəfədə Yaponiya kütləvi informasiya vasitələri ABŞ hərbi hava qüvvələrinə məxsus F-16 qırıcısının Aomori prefekturasında təlim uçuşları zamanı kənar ərazidə təlim raketini itirməsi barədə məlumat yayıb. Hadisə zamanı heç kim xəsarət almayıb.

Yaponiyanın hakimiyyət orqanları bununla əlaqədar ABŞ tərəfinə iradını bildirərək, belə hadisələrin təkrar baş verməməsi üçün lazım olan bütün addımların atılmasını tələb ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır