Çin 6G mobil rabitə standartını tətbiqi üçün araşdırmalara başlayıb

  • 6 gün Əvvəl

Çində, 1 noyabrdan etibarən 3 telekommunikasiya şirkəti bir neçə böyük şəhərdə "5G" xidməti təqdim etməyə başlayıb.

Bundan sonra Çin hökuməti "6G"nin inkişaf etdirmək üçün iclas keçirib.

Chip.az Report-aistinadən xəbər verir ki, iclasda əlaqədar qurumlardan "6G"nin araşdırılması üçün 37 mütəxəssisdən ibarət qrup yaradılıb.

Xatırladaq ki, Çinin telekommunikasiya şirkətləri cari ilin sonuna qədər təxminən 50 şəhərdə "5G"nin istifadə ediləcəyini və 2020-ci ildə isə bütün ölkəni əhatə edəcəyini bildirirlər. Cari ildə Çində 80 min "5G"nin baza stansiyası istifadəyə verilib və ilin sonuna kimi stansiyaların sayını 130 minə çatdırılması hədəflənir.

Məlumata görə, yüksək sürətli internet xidməti təqdim edən "5G" avtonom nəqliyyat vasitələrinin idarə olunmasına, yüksək sürətli video konfrans əlaqələrindən və mobil oyunlardan daha sərbəst istifadə etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır