Nazir müavini: Özəl internet provayderlərinə fəaliyyət göstərmək üçün tam şərait yaradılıb

  • 5 gün Əvvəl

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın özəl internet provayderi “Avirtel” MMC ilə nazirliyə məxsus “Aztelekom” MMC arasında yaranmış narazılığa münasibət bildirib.

Chip.az “Report”a istinadən xəbər verir ki, qurumun mövqeyini nazir müavini Elmir Vəlizadə açıqlayaraq bildirib ki, nazirlik özəl internet provayderlərinə fəaliyyət göstərmək üçün tam şərait yaradıb.

“Bununla belə, əgər hər hansı provayderin nədənsə narazılığı varsa, nazirliyə müraciət edə bilər. Bütün şikayətlərə baxılır”, - deyə nazir müavini qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır