İsrail raketini itirdi, ruslar tapdı

  • 5 gün Əvvəl

İsrail Suriyada özünün ən yeni texnologiya əsasında hazırlanan raketdən müdafiə sistemini itirib. Bu hadisə ötən ilin iyul ayında baş verib. Söhbət "David sapandı"ndan gedir. İnsident bir il öncə baş versə də, bu haqda ancaq indi məlumat yayılıb.

Yerli mətbuatın yazdığına görə, raket Suriya hökuməti tərəfindən Rusiya hərbçilərinə verilib. Onlar da bu yeni texnologiyanı tədqiq etmək üçün Moskvaya aparıblar. İsrail və ABŞ Rusiyadan raketi geri qaytarmasını istəyib. Lakin Moskva bu çağırışı cavabsız qoyub. Bu məlumat barədə rəsmi açıqlama verilməyib.

"The Jerusalem Post"un məlumatına görə, Suriyadan atılan raketlərə cavab olaraq bu ölkəyə atılan raket işə düşməyib. Suriyalılar onu demək olar ki, heç bir zədə görmədən tapa biliblər.

İsrailin adıçəkilən raket sistemi hava-yer sinfinə aiddir. "David sapandı"ndan İsrail kiçik məsafəli ballistik raketləri, 70-300 km məsafəli böyük kalibrli idarəolunmayan raketləri tutmaq üçün istifadə edir.

Chip.az

İstipress.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır