Köpək balığı formasında Shark adlı robot dizayn edildi

  • 07 Noyabr 2019

Çinli bir istehsalçı köpək balığına bənzər kiçik bir sualtı robot hazırladı. Robo-Shark, hərbi avtonom sualtı vasitə kimi təqdim olunub. Yüksək sualtı sürətə və böyük yük tutumuna malik robot hərbi məqsədlər üçün istifadə edilə bilər.


Robo-Shark ISR adlanan müdafiə, nəzarət və kəşfiyyat missiyalar üçün istifadə edilə bilər. Bura dənizin dibini araşdırmaq, maraq oyadan əşyaları axtarmaq və əlaqə yaratmaq üçün istifadə kimi özəlliklər də daxildir. İstehsalçı, robotun potensial düşmən dalğıclarını, yüksək bir hərəkətlilik patrulunu və sualtı hədəfləri yüksək sürətlə izləyə biləcəyini söyləyib.

Chip.az xəbər verir ki, kiçik sualtı robot 26 oktyabrda Çinin Sanya şəhərində keçirilən iOceans China 2019 tədbirində təqdim ediləcək. Belə ki, tədbirə qatılan sualtı texnologiya mütəxəssisi Stephen Hall, sərgidə nümayiş olunan bir neçə biomimetik sualtı vasitə dizaynerlərindən biridir.Robo-Shark
Robnotun quyruğunun hərəkətinin ənənəvi pervanələrdən daha sakit olduğu qeyd edilir. Bu dəniz döyüşlərində xüsusilə vacibdir, çünki səs suyun altında daha sürətli hərəkət edir. Buna görə də robotun hərəkət səsinin azaldılması məxfilik baxımından çox vacibdir. Bu məqsədlə robotun xarici örtüyü də səs uducu materialdan hazırlanmışdır.

Robo-Shark

Robo-Shark-ın Çin ordusu tərəfindən sifariş ediləcəyi haqqında hələ ki, hər hansı bir məlumat yoxdur.

 

Sevinc Baba-zadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır