Dövlət Reklam Agentliyi 1 milyon manatlıq Virtual Xəritəçilik sistemi alır

  • 06 Noyabr 2019

Dövlət Reklam Agentliyinin 3D “Virtual Xəritəçilik” sisteminin və sistemə davamlı texniki xidmətin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

Chip.az “Report”-a istinadən xəbər verir ki, tenderin qalibi “Octopus” MMC-dir.

Qalib şirkətə 974 680 manat ödəniləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır