Entoni Knod: Azərbaycanda kriptovalyutadan istifadə maliyyə əməliyyatlarını asanlaşdıracaq

  • 06 Noyabr 2019

Azərbaycanda kriptovalyutadan istifadə edilməsinin müxtəlif maliyyə əməliyyatlarını asanlaşdırmasına və daha sərfəli olmasına gətirib çıxaracağını təbliğ edirik.

Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən "Cross" şirkətinin baş meneceri Entoni Knod deyib.

Onun sözlərinə görə, ilk növbədə bu sahədə uğur əldə etmək üçün "Müştərini tanı" sistemini tətbiq etmək lazımdır.

E. Knod əlavə edib ki, bu sistemin əsas funksiyası birjada cinayət fəaliyyətinin aşkarlanması və çirkli pulların yuyulmasının qarşısını almaqdır: “Azərbaycanda bu sistemin uğur qazanacağına əminik”.

Qeyd edək ki, “Cross” şirkəti kriptovalyutaların mayninqi ilə məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır