Deserve adlı startap 50 milyon dollar investisiya qazandı!

  • 06 Noyabr 2019

Müəssisələr və gənclər üçün bulud əsaslı kredit kartı platforması olaraq xidmət edən Deserve adlı təşəbbüs, investisiya aldığını açıqlayıb. Goldman Sachs-ın başçılıq etdiyi C seriyalı investisiya turunda Deserve cəmi 50 milyon dollarlıq bir investisiya qazanıb.

Goldman Sachsın rəhbərlik etdiyi investisiya turunda hal-hazırda Deserve-ün investoru olan Sallie Mae, Accel, Aspect Ventures, Pelion Venture Partners və Mission Holdings kimi aparıcı şirkətlər iştirak etdilər. Paylaşılan məlumata görə, investisiya Deserve’in “Card as a Service” (CaaS) platformasını inkişaf etdirmək üçün istifadə ediləcəkdir.

İndiyə qədər 100 mindən çox müştəri tərəfindən istifadə olunan Deserve, 2018-ci ildə də investisiya almışdı. Paylaşılan məlumatlara görə, hələ qazanclı şirkət olmayan Deserve, cəmi 100 milyon dollar sərmayəyə sahibdir.

Hazırda 60 nəfərlik komandaya sahibdirlər. Növbəti 6 ayda isə komandanı genişləndirməyi hədəfləyiblər. Şirkətin həmtəsisçisi və icraçı direktoru Kalpesh Kapadia bu investisiyanın şirkətin inkişafında böyük rolu olacağını vurğulayıb.

Techland.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır