Xiaomi Mi Watch təqdim edilib!

  • 06 Noyabr 2019

Xiaomi ağıllı saat bazarına yeni modeli ilə daxil olub. Xiaomi-nin təşkil etdiyi təqdimatda yeni saat modelini təqdim edilib, verilən sualların hamısını cavablandırılıb. Xiaomi Mi Watch funksiyaları və Xiaomi Mi Watch-ın qiyməti elan edilib.

1,78 düymlük, 410 x 410 piksel rəngli AMOLED ekrana sahibdir. Eyni zamanda qeyd etmək istəyərdik ki, ekranı 326 ppi sıxlıqda olduğu bildirilib.

Saat Qualcomm-ın Snapdragon 3100 Wear prosessoru ilə birlikdə gəlir və 1.2 GHz sürətlə işləyən dörd ARM Cortex-A7 nüvəyə sahibdir. Qrafik strukturu isə Adreno 304-lə təchiz edilib. Həmçinin, prosessor 28 nm texnologiyası ilə istehsal olunub.

Bluetooth və Wi-Fi dəstəkləyən saat, eyni zamanda NFC-ni də dəstəkləyir. eSIM texnologiyası müəyyən bazarlarda istifadəçilərə təqdim edilib. Saat istifadəçiyə zəng etmək imkanı verən dinamik və mikrofonla təchiz edilmişdir.

İlkin versiyada təqdim edilmiş saat 185 dollar qiymət etiketinə sahibdir. Sapphire Glass adlı paslanmayan poladdan hazırlanmış saatın xüsusi versiyasını təxminən 285 dollara almaq olar.

Techland.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər