Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq

  • 6 gün Əvvəl

SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu noyabrın 14-də Moskvada hərraca çıxarılacaq.

Qeyd edilib ki, Brejnevə məxsus laminatla üzlənmiş AAK № 000077 seriya nömrəli sürücülük vəsiqəsi və AAI № 670077 seriya nömrəli xəbərdarlıq talonu 1976-cı il 10 dekabr tarixində - Leonid İliçin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.

Sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 - 1 500 000 rubl arasında olacaq.

Belə ki, Brejnevə məxsus sürücülük vəsiqəsi və xəbərdarlıq talonu 1976-cı ildə Brejnevin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.  

Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb. 

Göründüyü kimi, xəbərdarlıq talonunun sürücüyə aid hissəsində boşluq yoxdur – çox sayda qayda pozuntularını əks etdirən möhürlər əks olunub. 

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır