Uber, 2019-cu ilin üçüncü rübündə 1,1 milyard dollar itirdi

  • 05 Noyabr 2019

San-Fransiskoda yerləşən Uber nəqliyyat şirkəti 2019-cu ilin üçüncü rübü üçün maliyyə balansını açıqlayıb. Firmanın gəliri illik hesablamada 30 faiz artaraq, üçüncü rübdə Wall-Street-in gözləntilərini 3,69 milyard dollar üstələyərək 3,81 milyard dollara çatıb.

Uber səhm üzrə gəlir və gəlir üçün nəzərdə tutulan məbləğdən daha yüksək nəticə göstərə bildi, lakin üçüncü rübdə itirilən 1,16 milyard dollar şirkətin səhmlərinin bazar sonrası əməliyyatlarda 7 faiz azalmasına səbəb olub. Artıq güclü təzyiq altında olan Uber keçən ilin may ayından etibarən IPO-dan bəri təxminən 30 faiz ucuzlaşdı.

Cari maliyyə hesabatları Uber-in mümkün qədər tez gəlir qazanmaq üçün yol tapmalı olduğunu göstərir. Amerikalı şirkətin baş direktoru Dara Khosrowshahi hesab edir ki, 2012-ci il ərzində Uber EBİTDA əsasında gəlir qazanacaq. Əməliyyat zərərlərini azaltmağa çalışan Uber, iyul ayından etibarən 1000-dən çox işçini işdən çıxardı. Bu da öz növbəsində şirkətin ümumi işçi qüvvəsinin 2 faizini təşkil edir.

Techland.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır