Motorola-nın qatlana bilən telefonu Razr

  • 05 Noyabr 2019

Motorola-nın qatlanan telefonu Razr-a aid görüntülər Çinin sosial media platforması Weibo-da paylaşılıb.

Şəkildə açıq halda göstərilən cihaz-yuxarıdan aşağıya uzanan qatlanan bir ekran görünür. Bu da telefonun şaquli olaraq bükülə biləcəyi barədə şayiələri təsdiqləyir. XDA Developer-in paylaşdığı məlumata əsasən, telefon 4/6 GB RAM seçimləri ilə birlikdə, Snapdragon 710 prosessorundan güc alacağını da qeyd etmək istəyirik.

Telefon açıq halda olarkən 6,2 düym böyüklüyündə ekrana sahib olacağını bildirən mənbələr, qatlanmış haldaykən isə orjinal Razr telefonlarına oxşar olaraq 2.69 düym 800 x 600 ölçülü bir ekran böyüklüyündə olacağını da əlavə ediblər.

Funksiyalarından da başa düşüldüyü kimi, orta sinif telefonlardan olan Moto Razr qiymətinin isə yüksək olacağı gözlənilir. Son olaraq onu da qeyd etmək lazımdır ki, 64 və 128 GB-lıq yaddaşa sahib telefonun 1500 dollarlıq qiymət etiketinə sahibdir.

Techland.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır