Snapchat istifadəçiləri tətbiqin işində nasazlıqların yarandığını bildirir

  • 05 Noyabr 2019

Bir sıra ölkələrdə "Snapchat" mobil tətbiqinin işində problemlər müşahidə olunur.

Chip.az Trend-ə istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən İngiltərə, Fransa, və ABŞ-da qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin şikayətlərinin 91 faizi tətbiqin yenilənməsi və ismarıcların alınması ilə bağlı problemlərlə, 8 faizi isə ismarıcaların göndərilməsi ilə bağlı problemlərlə üzləşiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər