Viral Growth – Viral Artım

  • 04 Noyabr 2019

Onlayn sosial şəbəkələr və “Tupperware” məhsulun marketinqinin böyük hissəsini müştərilərin apardığı nümunələrdir. Məhsulun tanınması virusun epidemiyaya çevrilməsi kimi, insandan-insana sürətlə yayılır eynilə viral artım göstərən məhsulların normal məhsul istifadəsinin məntiqi nəticəsi kimi, insandan-insana ötürülməyə əsaslanır.

Müştərilər məqsədli şəkildə missioner kim davranmırlar, onların qətiyyən məhsulla bağlı məlumat yaymaq fikirləri olmur.  Artım məhsuldan istifadə edən müştərilərin kənar təsiri olaraq avtomatik baş verir. Viruslar qeyd-şərtsiz yayılır.

Misal üçün, ən məşhur viral uğur hekayələrindən biri “Hotmail” şirkətinə aiddir. 1996-cı ildə Sabir Bhatiya və Cek Smit müştərilərə pulsuz hesablar təklif edən yeni internet əsaslı e-poçt xidmətini bazara çıxardılar. Əvvəl artım ləng gedirdi. Yalnız “Draper Fisher Jurvetson” adlı vençur kapitalı şirkətindən olan kiçik ilkin investisiyaya malik olduğundan, “Hotmail” komandasının böyük ölçülü marketinq kampaniyalarına imkanı çatmırdı. Lakin onlar məhsulda kiçik bir edəndən sonra vəziyyət dəyişdi. Onlar hər bir e-poçt məktubunun sonluğuna kliklənə bilən link (hiperistinad) şəklində “”PS Hotmail”-dən öz pulsuz e-poçtunuzu əldə edin” yazısı əlavə etdilər.

Bir həftə ərzində məhsuldakı bu kiçik dəyişiklik çox böyük nəticələrə səbəb olub. ALtı ay ərzində Bhatiya və Smit 1 milyondan çox yeni müştəri əldə etmişdilər. Artıq 5 həftə içində bu rəqəm 2 milyonu keçmişdi. Bazara çıxarılmasından 18 ay keçəndən sonra 12 milyon istifadəçisi olan şirkəti “Microsoft”a 400 milyon dollara satdılar.

Viral əmsalı 0,1 olan bir məhsulda hər on müştəridən biri dostlarından birini gətirəcək deməkdir. Bu, davamlı halqa deyil. Təsəvvür edin ki, yez müştəri qeydiyyatdan keçir. Onlar on dostun qeydiyyatdan keçməsinə səbəb olurlar. Bu on dost da əlavə olaraq bir dost qeydiyyatdan keçirəcək və halqa burada hərəkətini dayandıracaq.

Viral artım mühərrikinə əsaslanan şikətlər diqqətini hər şeydən daha çox viral əmsalı yüksəltməyə yönəltməlidir, çünki bu rəqəmdəki xırda fərqlər gələcək işlərində böyük dəyişikliklərə səbəb olacaq.

Chip.az

Techland.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır