3 tətbiq Android istifadəçiləri üçün birləşdi!

  • 04 Noyabr 2019

Microsoft Office proqramları illərdir həyatımızdadır. Əvvəlki illərdə kompüterlərimizdə istifadə etdiyimiz bu proqramlar zamanla smartfonlarımıza da daxil oldu. Microsoft; Word, Excel və PowerPoint üçün 3 fərqli tətbiqetmə ilə istifadəçilərin ehtiyaclarını ödəməyə başladı. İndi şirkət istifadəçilər üçün işləri asanlaşdırır.

Tətbiq hal-hazırda beta versiyayla istifadəçilərin istifadəsinə verilmişdir. Android-də edilən bu dəyişiklikdən sonra gözlər İOS-a çevrilib. Ancaq, hələ ki, iOS ekosistemi üçün nə zaman dəyişiklik ediləcəyi barədə məlumat yoxdur.

3 tətbiqin birləşməsi istifadəçilərə bütün işlərini daha sürətli və asan şəkildə etməyə kömək edir. Eyni zamanda, tək tətbiq telefonlarda daha az yer tutur. Bu da istifadəçilər üçün çox faydalı ola bilər.
Tətbiq sənədlərin cloud-da saxlanmasına, sənədlərə asanlıqla daxil olunmasına kömək edir.

Chip.az

Techland.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır