Google şirkətinə Torontoda ağıllı rayon salınmasına icazə verilib

  • 04 Noyabr 2019

Sidewalk Labs şirkətinin Torontoda “ağıllı” şəhərin salınması ilə bağlı planları gerçəkləşə bilər.

Qeyd edək ki, Sidewalk Labs şirkəti 2015-ci ildə Google tərəfindən məhz bu layihə üçün yaradılıb.

Waterfront Toronto qrupu şəhər sakinləri adından layihəyə nəzarətdə cavabdehlik daşıyırlar və yekdilliklə layihənin davam etdirilməsinə görə səs veriblər. Amma bəzi şərtlər də qoyublar.

Layihə lap əvvəldən mübahisələrə səbəb olub. Sidewalk Labs şirkəti Torontoda 190 akr (0,7 kv. km.) ərazidə “ağıllı” rayon salmaq istəyib, amma cəmi 12 akr üçün icazəsi olub. O, həmçinin, bütün şəhərdən datçiklərlə əldə edilmiş məlumatlara nəzarət qrupu da yaratmaq istəyib, amma bu da qəbul edilməyib.

Sidewalk Labs şirkətində bildiriblər ki, onlar Waterfront Toronto-nun direktorlar şurasının bugünkü qərarından fərəhlənirlər və onlarla tənqidi məsələlərdə razılığa gəldiklərinə görə şaddırlar.

Layihənin qəbul edilməsi üçün yekun səsvermə 2020-ci ilin martına təyin olunub.

Chip.az

Bizplus.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır