Dünyaca məşhur video paylaşım platforması TikTokun da aid olduğu ByteDance adlı şirkət Çində ilk smartfonunu satışa çıxarmağa hazırdır. İngilis dillində Nut Pro 3 adlanan Jianguo Pro 3 adlı model TikTok istifadəçiləri üçün inkişaf etdirilmiş funksiyalara sahibdir.
Telefonun bəzi xüsusiyyətlərinə qısa nəzər yetirdikdə, bəzi flaqman modelləri ilə rəqabət edə biləcəyini görürük. Telefonun bəzi xüsusiyyətlərinə qısa nəzər yetirdikdə, bəzi flaqman modelləri ilə rəqabət edə biləcəyini görürük. Telefonun əsas fokus mövzusu isə əlbəttə TikTok-dur. Şirkət telefonun TikTok ulduzlarını hədəf aldığını və onları əldə edə biləcək xüsusiyyətlərə malik olduğunu söylədi. Telefonda olan yeni funksiya ilə kilid ekranından TikTok tətbiqinə birbaşa keçid etmək mümkündür.
Smartisan Jianguo Pro 3, 100% NTSC rəngli gamut ilə birlikdə 6,39 düymlük Full HD + AMOLED displeyə sahibdir. Jianguo Pro 3 prosessor olaraq Snapdragon 855 + ilə təchiz edilmişdir. 128 və 256 GB UFS 3.0 dəstəkləyən iki yaddaş seçimi ilə birlikdə iki fərqli-8 və 12 GB LPDDR4x RAM variantlarına sahibdir. Quick Charge 4+ 18W sürətli şarj dəstəyinə sahib 4.000mAh batareya ilə təchiz edilmiş Jianguo Pro 3, Smartisan OS 3.0 ilə örtülmüş Android 9.0 Pie ilə işləyir.
Techland.az
Chip.az