Yaxın vaxtlarda ApplePay, SamsungPay və GooglePay-in Azərbaycana gəlməsi gözlənilir

  • 04 Noyabr 2019

“ApplePay”, “SamsungPay” və “GooglePay” ödəniş sistemlərinin Azərbaycana qısa bir zamanda gəlmələri gözlənilir.

Bunu “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

Onun sözlərinə görə, “Mastercard”ın bu məsələdə əsas rolu müvafiq bazanın yaradılmasıdır ki, mövcud bank kartları mobil telefonlarla tokenləşdirilə bilsin və bu üsulla ödənişlərin aparılması mümkün olsun.

“Bu gün “ApplePay”, “SamsungPay” və “GooglePay” olmadan belə ödənişləri bankların elektron pulqabıları vasitəsilə də aparmaq mümkündür. Biz onların ən qısa zamanda gəlmələrini gözləyirik, lakin bunun nə zaman baş tutacağı yalnız onlar qərar verə bilər”, – deyə E. Çakar qeyd edib.

Chip.az

Apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər