Facebook Rusiyadakı bəzi hesabları bağladı

  • 02 Noyabr 2019

Facebook, Rusiyadakı bütün hesabları araşdırdı və bəzi hesabları təhlükəsizlik məqsədi ilə bağladı. Həmin hesabların Afrika ölkələrinə hücum etdiyi aşkar edilib.

Chip.az xəbər verir ki, Facebook Rusiyadakı bəzi hesabları bağlayıb.

Belə ki, Facebook, Rusiya mərkəzli 35 Facebook hesabı, 53 səhifə, 7 qrup və 5 İnstagram hesabını bağlayıb. Bağlanmanın səbəbi olaraq, bu hesabların Afrika ölkələrini hədəf alan hesablar olması göstərilib. Madaqaskar, Mərkəzi Afrika Respublikası, Fil Dişi Sahili, Kamerun, Sudan və Liviya hədəflər arasındadır.


Qeyd edək ki, bağlanan hesabların əvvəllər ABŞ tərəfindən araşdırılmış rusiyalı iş adamı Yevgeny Viktorovich Prigozhin ilə əlaqəli olduğu da bildirilib.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır