Formula 1-də yeni avtomobillərin daha ağır olacağının səbəbini şərh ediblər

  • 02 Noyabr 2019

Yeni texniki reqlamentə həsr olunan rəsmi təqdimatda Formula 1-in rəhbərliyi bolidlərin çəkilərinin qarşıda gözlənilən artımını şərh edib. Formula 1-in 2021-ci il üçün nəzərdə tutulan qaydalarına əsasən, avtomobillərin çəkisi 743 kiloqramdan 768 kiloqramadək artacaq.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, çempionatın rəhbərliyi növbəti çəki artımının səbəbini izah edib. Artım qismən 13 düymlük təkərdən 18 düymlük təkərə keçidlə bağlıdır, bu amil şinlərin çəkisinin artmasına təsirini göstərir. Bundan başqa, güc qurğuları daha sadə materialların tətbiq olunması nəticəsində təxminən 5 kiloqram ağırlaşacaq. Həmçinin maşınlarda bəzi standartlaşdırılmış detallardan istifadə ediləcək ki, bunlar da əvvəlkilərdən daha ağır ola bilər. Nəhayət, əlavə çəkini təhlükəsizliyi artıran komponentlər də verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər