Kripto bankomatların (ATM) sayı – Oktyabr 2019

  • 02 Noyabr 2019

  CoinATMradar.com-ın 31.10.2019 tarixinə olan məlumatına əsasən hazırda dünyada 5868 ədəd kripto ATM mövcuddur. Statistikaya əsasən oktyabr ayı ərzində hər gün orta hesabla 7 ATM quraşdırılıb. Ümumilikdə kripto bankomatların 65%-də kriptovalyutaları yalnız almaq, 35%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin-i, 68.4%-i Litecoin, 59.4%-i Ethereum, 39.7%-i Bitcoin Cash, 21.9%-i Dash, 3.5% Monero-nu dəstəkləyir.

image (2)

     Bankomatların 74.7%-i Amerika, 21.3%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 4026, Kanada- 716, Böyük Britaniya- 286, Avstriya- 195,  İspaniya-84, İsveçrə-75, Çexiya-70, Rusiya-62, Kolumbiya-57, İtaliya-59, Yunanıstan-59, Polşa-52, Slovakiya-40, Almaniya-38, Rumıniya-38, Niderland-28, Avstraliya-27, Macarıstan-21, Gürcüstan-14, Ukrayna- 16.

image-1.png

Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: General Bytes (32.8%), Genesis Coin (30.7%) və Lamassu (8.4%) ümumi bazarın 71.9%-nə sahibdir. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-da 954, 2017-də 2028, 2018-ci ildə isə 4109 ədəd olub.

image-3.png

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

Kriptoinvest.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır