Dünyanın ən məşhur avtomobil şirkəti olan "BMW" ən böyük rəqibi "Mercedes"i ələ salıb.
Chip.az Milli.Az-a istinadən xəbər verir ki, "BMW" Halouvin bayramı münasibəti ilə təbrik postu paylaşaraq "Mercedes"ə "ilişib". Belə ki, "BMW" şirkəti "Mercedes" avtomobilinin üstünə üzərində "BMW" M5 modelinin fotosu əks olunan çexol örtülmüş şəkli paylaşıb. Şirkətin rəsmi sosial şəbəkə hesablarında fotoya açıqlama olaraq: "Artıq istədiyiniz avtomobili öz superqəhrəmanınıza çevirə bilərsiniz" sözləri yazılıb.

Foto qısa zamanda bütün dünyaya yayılıb, xeyli sayda retvit edilib.
Qeyd edək ki, 1916-cı ildə təsis edilən "BMW" şirkəti dəfələrlə "Mercedes"ə "ilişib".