Alim Quliyev: Kriptovalyutalar diqqət mərkəzimizdədir

  • 01 Noyabr 2019

"Bu gün bir çox mərkəzi banklar kriptovalyutalarla bağlı seyrçi mövqedədir".

Chip.az "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev deyib.

“Kriptovalyutalarda olan əsas problem odur ki, onu emisiya edən mərkəz yoxdur, yəni rəqəmsal pullar tənzimlənmir. Burasa çirkli pulların yuyulması riskləri var. Amma buna baxmayaraq qlobal səviyyədə tendensiya gedir. AMB olaraq biz də bu trendləri dərindən izləyirik. Onun qanunvericilik bazası da olmalıdır. Gələcəkdə vəziyyətdən asılı olaraq biz də adekvat addımlar atacağıq. Yəni kriptovalyutalar daima AMB-nin diqqət mərkəzindədir, amma hələlik bu istiqamətdə konkret addımın atılması gözlənilmir”, - deyə o, qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır