Azərbaycanda tələbələr üçün nəzərdə tutulan "Smart tələbə kartı" gələcəkdə Bakının ictimai nəqliyyatda istifadə olunan "BakiKart" sisteminə inteqrasiya olunacaq.
Chip.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunmuş "Smart tələbə kartı" layihəsinin təqdimatında bildirilib.
Tədbirdə qeyd olunub ki, bu istiqamətdə artıq Mərkəzi Bankla "BakıKart" arasında danışıqlar aparılır.
Bu inteqrasiya tələbələrə "Smart tələbə kartı" vasitəsilə paytaxtın ictimai nəqliyyatında gediş haqqının ödəmələrinə imkan yaradacaq.