Bakıda bir sıra işıqforların işində texniki problem yaranıb

  • 01 Noyabr 2019

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb.

Chip.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.

“Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yol ayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır