Bitcoin White Paper – 11 il

  • 01 Noyabr 2019

Satoşi Nakamoto 31 okytabr 2008-ci ildə “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənədi (White Paper) internetə buraxdı və bununla da bitcoin tarixi başladı. Bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitkoinin əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.

Qısa tarix:

  • 18 avqust 2008  – Bitcoin.org domeni qeydiyyata alınıb;
  • 3 yanvar 2009  –  Genezis blok – ilk bitcoin bloku yaradıldı;
  • 12 yanvar 2009 – Satoşi Nakamoto Hal Finney adlı şəxsə 10 BTC göndərdi və bununla da ilk bitcoin tranzaksiyası həyata keçirildi;
  • 5 oktyabr 2009 – The New Liberty Standard ilk dəfə olaraq bitkoinin dollara qarşı məzənnəsini təyin etdi: 1 dollar = 2300,03 BTC;
  • 17 mart 2010 – Bitcoin bitcoinmarket.com ticarət platformasında ilk qeydə alınan ticarət qiyməti 0,003 dollar dəyərində qiymətləndirilib;
  • 22 may 2010 – İlk bitcoin sövdələşmə baş verdi. Laszlo Hanyecz adlı proqramçı internetdə 2 pizzaya görə 10.000 BTC ödəyib;
  • 9 fevral 2011 – İlk dəfə olaraq məzənnə 1 dollar = 1 BTC.

ddd

      Satoşi Nakamoto-nun kimliyi və bitkoini yaratmasının səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb isə genezis blokun heşində The Times nəşrindən olan «Chancellor on brink of second bailout for banks» başlığının olmasıdır.

Techland.az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır