Kənd Təsərrüfatı naziri agroX yarışmasının qalibləri ilə görüşüb

  • 01 Noyabr 2019

Chip.az bildirir ki, 8 oktyabr tarixində final mərhələsi keçirilən agroX yarışmasının qalibləri ilə Kənd Təsərrüfatı naziri İnam Kərimovun görüşü olub. Nazir aqrar sahə üzrə innovativ ekosistemin formalaşmasında maraqlı olduqlarını bildirib . Bu baxımdam aqrar startaplara hər zaman dəstək olacağını vurğulayıb. İnam Kərimov qalib startaplara bundan sonra da zəruri dəstək göstəriləcəyini vurğulayıb.

Nazir agroX layihəsinin davam etdirilməsinin zəruriliyini qeyd edib.

Qalib startaplara mükafatlar və diplomlar təqdim edilib.

Qeyd edək ki, agroX Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə Startap Azərbaycan tərəfindən həyata keçirilir.

Layihəyə İNNOLAND Akselerasiya Mərkəzi də dəstək verir.
agroX 2019-un Mükafat Fondu 12 000 manat müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır